Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türk Hava Yolları uçuşlarla bağlı məlumat yaydı

Türk Hava Yolları uçuşlarla bağlı məlumat yaydı

Tarix: 7 Fevral 2023 08:50

"Vətəndaşlarımızın bölgəyə çatması üçün Adana, Elazığ və Diyarbəkir hava limanlarında fəaliyyətimizi fasiləsiz davam etdiririk".

Bunu Türk Hava Yollarının mətbuat müşaviri Yahya Üstün deyib.

O, zəlzələ bölgəsinə çatmaq istəyən vətəndaşlar üçün Adana, Elazığ və Diyarbəkirə uçuş əməliyyatlarının fasiləsiz davam etdiyini açıqlayıb.

Yahya Üstün Hatay aeroportunun bütün uçuşlara bağlı olduğunu, Kahramanmaraş, Qaziantep, Malatya və Adıyaman hava limanlarının yalnız humanitar yardım və axtarış-xilasetmə qruplarının bölgələrə çatması üçün istifadə edildiyini bildirib.

Milli.Az


Etiketlər:  Türk Hava Yolları uçuşlarla bağlı məlumat yaydı


RƏYLƏR