Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 1 500-ü ötüb

Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 1 500-ü ötüb

Tarix: 7 Fevral 2023 15:40

Suriyadakı zəlzələ nəticəsində həlak olanların sayı 1 500-ü keçib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Suriyadakı nümayəndə heyətinin rəhbəri Mads Brinç Hansen bildirib.

O qeyd edib ki, hadisə nəticəsində 3 548 nəfər yaralanıb və 175 bina uçub.

Məlumata görə, həmçinin ən azı 4 min ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, dünən, fevralın 6-da Türkiyədə qeydə alınan 7,4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

Milli.Az


Etiketlər:  Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 1 500 ü ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ