Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ana onu yatmağa qoymayan oğlunu öldürdü

Ana onu yatmağa qoymayan oğlunu öldürdü

Tarix: 7 Fevral 2023 18:32

Omskda 60 yaşlı təqaüdçü 41 yaşlı oğlunu bıçaqladığına görə saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə fevralın 6-da Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Məlumata görə, fevralın 5-də mərhumun meyiti Ximikov küçəsindəki mənzildə tapılıb. Tezliklə məlum olub ki, zərərçəkənin anası onunla içki içib və yatmaq istəyib. Amma oğlu ona mane olub. Qadın bıçaq götürərək oğluna ölümcül yaralar vurub.

Fakta görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə iş başlanıb. Müstəntiqlər ananın həbsi üçün vəsatət qaldırmaq niyyətindədirlər.

Milli.Az


Etiketlər:  Ana onu yatmağa qoymayan oğlunu öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ