Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazinin 4 yaşlı qızı geyim və oyuncaqlarını türkiyəli uşaqlara bağışladı

Qazinin 4 yaşlı qızı geyim və oyuncaqlarını türkiyəli uşaqlara bağışladı

Tarix: 8 Fevral 2023 05:24

Türkiyədə baş verən dəhşətli zəlzələdə zərərçəkənlərə hər kəs yardım əlini uzatmağa çalışır. Qazimiz Abbasəli Tarverdiyevin 4 yaşlı qızı Sevil Tarverdiyeva  öz geyim və oyuncaqlarını zəlzələdən əziyyət çəkən uşaqlara bağışlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qazimiz sosial şəbəkə hesabında paylaşım edib:

"Qızım mən deməmişdən qabaq oyuncaqlarını yığıb ki, Türkiyədə zəlzələ nəticəsində evsiz-eşiksiz qalan balaca dostlarına göndərsin. Bu, dünyada ən gözəl şey qarşılıq gözləmədən edilən mərhəmətdir", - deyə paylaşımda qeyd olunub.

Milli.Az


Etiketlər:  Qazinin 4 yaşlı qızı geyim oyuncaqlarını türkiyəli uşaqlara bağışladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ