Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə xilasetmə işləri belə şəraitdə aparılır - VİDEO

Türkiyədə xilasetmə işləri belə şəraitdə aparılır - VİDEO

Tarix: 8 Fevral 2023 19:40

Jurnalistlər Mehmet Akif Ersoy və Zülfikar Ali Aydın Hataydakı xilasetmə işlərinin çox ağır şəraitdə aparıldığını əyani şəkildə göstəriblər.

Sonxeber.net big.az-a istinadən bildirir ki, çəkiliş zamanı onlar kameranın işığını söndürüblər və ətrafın qaranlığa qərq olduğunu nümayiş etdiriblər.

Jurnalist dağıntılar arasında qalanları xilas etmək üçün işlərin fasiləsiz şəkildə, həta zülmət qaranlıqda aparıldığını vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ölənlərin sayı 6 234 nəfərə çatıb, 37 011 nəfər yaralanıb, 5 775 bina dağılıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.


Etiketlər:  Türkiyədə xilasetmə işləri belə şəraitdə aparılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ