Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şok: Növbəti güclü zəlzələ İstanbulda...

Şok: Növbəti güclü zəlzələ  İstanbulda...

Tarix: 9 Fevral 2023 08:20

Alimlər yaxın illərdə Türkiyənin 17 milyona yaxın əhalisi olan ən böyük şəhəri İstanbulda güclü zəlzələnin baş verə biləcəyini proqnozlaşdırırlar. Bu, şəhərin coğrafi mövqeyi ilə bağlıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə hələ 2006-cı ildə "Quardian" qəzetinə müsahibəsində türkiyəli professor Okan Tüysüz danışıb.

Professor müsahibəsində zəlzələnin 2030-cu ilə qədər baş verə biləcəyini qeyd edib:

"Maqnitudasını bilirik. Yerini bilirik. Sadəcə, nə vaxt olacağını dəqiq bilmirik. Amma 2030-cu ilə qədər İstanbulda 7,6 bal gücündə zəlzələnin baş vermə ehtimalı 65 faizdir".

Məsələyə münasibət bildirən tanınmış geoloq Naci Görür İstanbulda böyük zəlzələnin 2029-cu ildə ola biləcəyini bildirib:

"Yaxud bir gün yuxudan qalxarıq və dəhşətli mənzərə ilə qarşılaşarıq. İstanbulda böyük zəlzələnin olacağı haqda hələ 1999-cu ildən danışırıq. Bildirirdik ki, önümüzdəki 30 il ərzində zəlzələnin ola bilmə ehtimalı 64 faizdir. Artıq 23 il keçib, 2029-cu ildə ola bilər, ya da həmin dövrə qədər hansısa müddətdə".

Professor xatırladıb ki, Düzcə zəlzələsini öncədən xəbər veriblər:

"Biz milləti qorxutmamaq üçün hay-küy salmadıq, "tədbirli olun" dedik. Bunu deməyimizdən 3 ay sonra Düzcədə 7,2 ballıq zəlzələ oldu. Öncədən xəbərdarlıq etdiyimiz üçün lazımi tədbirlər görülmüşdü. İstanbulla bağlı da xəbərdarlıq edirik, hazırlıqlı olmalıyıq".

Milli.Az


Etiketlər:  Şok Növbəti güclü zəlzələ İstanbulda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ