Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2023 11:42
Kahramanmaraşdakı 7.7 maqnitudalıq zəlzələdən sonra indiyədək ümumilikdə 1 117 afterşok qeydə alınıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Məlumata görə, psixoloji yardım məqsədilə əraziyə 1 502 nəfər və 145 nəqliyyat vasitəsi cəlb olunub.
Xatırladaq ki, ən son məlumata əsasən fevralın 6-da baş verən zəlzələdə 12 873 insan vəfat edib, 62 937 insan isə yaralanıb.