Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın hərbi həkimləri Kahramanmaraşda 10 nəfəri əməliyyat edib - FOTO

Azərbaycanın hərbi həkimləri Kahramanmaraşda 10 nəfəri əməliyyat edib - FOTO

Tarix: 9 Fevral 2023 16:50

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir.

Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən hərbi həkimlərimiz qardaş ölkədə ümumilikdə 10 cərrahi əməliyyat icra ediblər. Bundan başqa tibb personalımız baş vermiş zəlzələdən zərərçəkən 98 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər.


Etiketlər:  Azərbaycanın hərbi həkimləri Kahramanmaraşda nəfəri əməliyyat edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ