Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük bəladayıq, müharibə ola bilər - ABŞ senatoru

Böyük bəladayıq, müharibə ola bilər - ABŞ senatoru

Tarix: 10 Fevral 2023 10:24

Əgər "Şimal axını"na hücum ABŞ hakimiyyəti tərəfindən Konqresin razılığı olmadan həyata keçirilibsə, o zaman narahatlığa əsas var.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Yuta ştatından olan senatoru Mayk Li bildirib.

"Mən ABŞ-ın "Şimal axını"nı partlatması ehtimalını tez bir zamanda istisna edə bilməməyimdən narahatam. Mən bəzi senator yoldaşlarımdan soruşdum və danışdığım heç birinə bu barədə məlumat verilməyib. Doğrudur, biz böyük bəladayıq", - senator vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə Li Tvitter hesabında amerikalı jurnalist Seymur Herşin "Şimal axını"nın partlaması ilə bağlı sensasion araşdırmasını paylaşıb. Li araşdırmanın təsdiqini tapacağı təqdirdə bunun müharibəyə belə yol aça biləcəyini söyləyib.

Milli.Az


Etiketlər:  Böyük bəladayıq müharibə bilər ABŞ senatoru


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ