Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günay Musayevadan zəlzələdə evini itirən bir ailəyə DƏSTƏK - FOTO

Günay Musayevadan zəlzələdə evini itirən bir ailəyə DƏSTƏK - FOTO

Tarix: 10 Fevral 2023 12:04

Türkiyədə yaşayıb, orada modellik fəaliyyətini uğurla davam etdirən azərbaycanlı model Günay Musayeva da zəlzələdən zərər çəkənlərə yardım edəcək. 

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu haqda model sosial şəbəkə hesabında məlumat verib. 

Musayeva zəlzələ bölgəsində evi dağılan bir ailənin bir illik kirayə pulunu ödəməyi üzərinə götürəcəyini açıqlayıb: 

"Evi zərər görən, evsiz qalan bir ailənin yerləşə biləcəyi yeni bir mənzilin bir illik kirayəsini öhdəliyimə götürmək istəyirəm. Tanıdığınız, bildiyiniz, eşitdiyiniz ehtiyac sahiblərinə çatdırmağınız diləyilə". 

Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin 14 351-ə, yaralananların sayı isə 63 794-ə çatıb. 


Etiketlər:  Günay Musayevadan zəlzələdə evini itirən ailəyə DƏSTƏK FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ