Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polis İranın narkotik şəbəkəsinin Bakıdakı silahlı kuryerlərinə qarşı əməliyyat keçirdi - VİDEO - FOTO

Polis İranın narkotik şəbəkəsinin Bakıdakı silahlı kuryerlərinə qarşı əməliyyat keçirdi - VİDEO - FOTO

Tarix: 10 Fevral 2023 12:34

Bakıda keçirilən əməliyyat zamanı heroin alverçiləri və silahlı şəxs yaxalanıb.

Daxili İşlər nazirliyindən Milli.Az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Balaxanı, Sabunçu və Ramana qəsəbələrində narkotik vasitələrin satışı ilə məşqul olan və üzərində qanunsuz olaraq silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Əməliyyatlar zamanı Azər Abbasov, Dadaş Dadaşov, Eldəniz Qəhrəmanov və Ramiz Təhməzov 5 kiloqrama yaxın heroinlə saxlanılıblar. Araşdırmalar zamanı onların sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik alverçiləri ilə əlbir olduqları müəyyən edilib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı Sahib Mehdiyevdə odlu silah olması və satmaq istəməsi barədə məlumat daxil olub. Keçirilən tədbir nəticəsində həmin şəxs qısa zamanda tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, 4 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı Sabunçu rayonunda 10-a yaxın evdən oğurluq edən Babək Məmmədov və Telman Əliyev də saxlanılıb. Bu şəxslərin mənzillərdən təmir-tikinti və məişət əşyaları oğurladıqları müəyyən edilib.

Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanmış materiallar aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Polis İranın narkotik şəbəkəsinin Bakıdakı silahlı kuryerlərinə qarşı əməliyyat keçirdi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ