Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yalançı imici ilə kef etsin” - Gərginlik artdı

“Yalançı imici ilə kef etsin” - Gərginlik artdı

Tarix: 11 Fevral 2023 15:12

Keçmiş aparıcı Günel Hümbətova və müğənni Nura Suri arasındakı gərginlik daha da artır.

Milli.Az olay-a istinadən xəbər verir ki, Günel Nuranın müzakirəyə səbəb olan statusundan sonra onu anlamayanları "tupoy" (axmaq - red.) adlandırmasına reaksiya verib.

Bununla bağlı aparıcı sosial şəbəkə hesabında yazı paylaşıb:

"Belə anlarda heç bir (qeyri-etik ifadə) yaramayanlar da feysbukda "ağlıllı-ağıllı" və guya "məntiqli" çıxışlar edərlər, aranı qızışdırmağa çalışıb, özlərinə adrenalin yaradıb, bundan həzz alarlar. Çünki başqa işi gücü yoxdur. Feysbuk bütün həyatıdır. Fikirləri ilə razılaşmayanlara da "tupoy" (axmaq - red.) adı qoyarlar. Hərdən deyirəm ağzımı açım və yerlərini göstərim, sonra həsr edəcəyim zamanıma heyfim gəlir. İnsanlar bu dəliyə baş qoşmamaq üçün susarlar, bu dəli də daha möhkəm və tərbiyəsizcəsinə bağırar. Həqiqətən bir işə yarayanlar isə sakit işlərini görərlər, bağırmadan. Hər şeyin bir zamanı var. Zamanı gələr, çox "xoruzlansa", iç üzünü ortaya çıxararıq. Hələlik yaratdığı yalançı "imici" ilə kef eləsin buralarda. Bu olsun qısa anons", - deyə, Hümbətova qeyd edib.

Bildirək ki, onlar arasındakı gərginlik Nuranın "Türkiyədə o qədər hotellər var, zəlzələdə evlərini itirənləri niyə orada yerləşdirmirlər, niyə qalıblar küçədə soyuqda? O qədər xəstəxanaları var, dünyaya göz dağı verə biləcək hərbçiləri, əsgərləri var, niyə onları xilasedici kimi göndərmirlər? Bu qədər müddətdə ordakılara türk milləti yardım edə bilmir ki?" sözlərindən sonra başlayıb.

Günel müğənninin fikirlərinə qarşı çıxaraq "Bəzi insanlar yardım edənlərə, yardım toplayanlara ağız büzürlər. Amma anlamırlar ki, zərər çəkənlərin hələ uzun müddət yardıma - uşaq qidalarına, uşaq və qadın təmizlik məhsullarına, bezlərə, it qidalarına və s ehtiyacları olacaq. Bəli, hələ ki, isinmək üçün üst geyimlərinə və adyallara da ehtiyac var! Sadaladıqlarım çox sürətlə tükənən əşyalardır deyə hələ də yardım kompaniyaları davam edir, edəcək, etməlidir", - deyə, bildirmişdi.

Milli.Az


Etiketlər:  Yalançı imici ilə etsin Gərginlik artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ