Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı aktrisaya Dubayda “fotoşop”la hicab geyindirdilər - FOTO

Azərbaycanlı aktrisaya Dubayda “fotoşop”la hicab geyindirdilər - FOTO

Tarix: 12 Fevral 2023 01:35

Azərbaycanlı aktrisa Səbinə Əhmədova rol aldığı rus serialı "Содержанки"nin (Məşuqələr - red.) yeni mövsümünün Dubaydakı reklamında fotoşopa məruz qalıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, "Dubai Frame"də nümayiş etdirilən posterdə ona hicab geyindirilib. Şahidlərin dediyinə görə, aktrisanın orijinal geyimdə - ağ paltarda olduğu rəqəmsal plakat təxminən bir gün nümayiş etdirilib.

Qeyd edək ki, serial fevralın 16-da "Start" platformasında yayımlanacaq. Ekran işində türk aktyor Cengiz Coşkun da çəkilib.

Onu da bildirək ki, Səbinə Əhmədova 1981-ci ildə Bakıda doğulub. O, 2004-cü ildən Rusiyada müxtəlif layihələrdə rol alır.

Milli.Az


Etiketlər:  Azərbaycanlı aktrisaya Dubayda fotoşopla hicab geyindirdilər FOTO


RƏYLƏR