Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Türkiyə və Suriyada zəlzələdə ölənlərin sayı iki dəfə arta bilər"

Tarix: 13 Fevral 2023 08:38

"Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı indiki rəqəmdən iki dəfə arta bilər"

Milli.Az "report"a istinadən bildirir ki, bu fərziyyəni Adanada olan BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits "Sky News"a müsahibəsində irəli sürüb.

Onun sözlərinə görə, mövcud vəziyyəti dəqiq qiymətləndirmək çətindir:

"Binaların dağıntılarını tam tədqiq etmək və ölənlərin sayını hesablamaq lazımdır. Təbiət geri zərbəni çox qəddarcasına vurur. Bu metal və daş yığıntılarının altında insanların sağ qaldığını bilmək ağırdır".

Milli.Az


Etiketlər:  Türkiyə Suriyada zəlzələdə ölənlərin sayı iki dəfə arta bilər


RƏYLƏR