Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrlandiyada pişiklər karantinə alına bilər

İrlandiyada pişiklər karantinə alına bilər

Tarix: 13 Fevral 2023 21:02

Koronavirusla mübarizə pişiklər üçün vaksinlərin kəskin çatışmazlığına səbəb olub.

Buna pişik peyvəndi fabriklərinin COVID-19-a qarşı peyvənd istehsalçısına çevrilməsi, həm də karantin zamanı bir çox insanın pişik əldə etməsi səbəb olub. Nəticədə, İrlandiyada pişik qripi və pişik leykoz virusundan (FeLV) qorunmaq üçün vaksin çatışmazlığı yaranıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, çatışmazlığın xüsusilə fevral ayında və yazın əvvəlində, xəstəliklərin yayıldığı zaman ciddi hiss olunacağı gözlənilir.

Qeyd olunur ki, yaya qədər vaksin qıtlığının aradan qaldırılacağına ümid var. O vaxta qədər baytarlar pişikləri evdə saxlamağı və digər pişiklərdən təcrid etməyi tövsiyə edirlər.

Milli.Az


Etiketlər:  İrlandiyada pişiklər karantinə alına bilər


RƏYLƏR