Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qərbi Çıraq” platformasından hasilat dayandırılıb

“Qərbi Çıraq” platformasından hasilat dayandırılıb

Tarix: 15 Oktyabr 2019 16:30

Bakı. Trend:

Oktyabrın 15-dən “Qərbi Çıraq” platformasından hasilat təxminən 15 günlük dayandırılıb.

Trend-in məlumatına görə, buna səbəb platformada inspeksiya və layihə işlərinin effektiv aparılmasıdır. Proqrama məşəl və idarəetmə sistemlərinin yeniləşdirilməsi kimi müxtəlif layihə işləri daxildir.

Bu əməliyyat “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) üzrə illik iş proqramına, büdcəyə və hasilat planına daxil edilib.

Qeyd edək ki, AÇG yatağındakı digər platformalardan (“Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli”) və “Şahdəniz” yatağındakı “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, həmçinin Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qərbi Çıraq platformasından hasilat dayandırılıb


RƏYLƏR