Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2023 20:26
Yeni Zelandiya hökuməti ölkəni cənginə alan fırtına və onun ardınca baş verən daşqınlar səbəbindən ölkə tarixində üçüncü dəfə fövqəladə vəziyyət elan edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, beş milyonluq ölkə əhalisinin təxminən üçdə biri fırtınanın zərər vurduğu ərazilərdə yaşayır.
Qeyd olunur ki, bir çox insan köçmək məcburiyyətində qalıb, bəziləri təhlükəsiz yerə üzərək gedib, digərləri isə evlərinin damından xilas edilib. Təqribən 250 min insan işıqsız qalıb. Aşan ağaclar evləri dağıdıb, torpaq sürüşmələri isə yolları bağlayıb.
Ən böyük ziyan Şimal adasının şimal və şərq sahillərindəki sahil icmalarına, Hoks Bey, Koromandel və Nortlend kimi ərazilərə dəyib.