Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diş plombları əbədiliyə qovuşa bilər

Diş plombları əbədiliyə qovuşa bilər

Tarix: 14 Fevral 2023 22:03

Sidney Universiteti (Avstraliya) alimləri sübut edir ki, kariyes zamanı dişlərə plombların qoyulması dişlərə xeyirdən çox ziyan vurur.

Belə ki, araşdırmalar nəticəsində məlum olub ki, plombun qoyulması qonşu dişlərə mənfi təsir edir, onları infeksiyalara və nəticədə kariyesə qarşı daha həssas edir.

ScienceDaily-nin məlumatına görə, Avstraliya alimləri sübut edir ki, kariyes zamanı dişlərin oyulması və plombların qoyulması heç də hər zaman vacib deyil. Alimlər öyrəniblər ki, kariyes fikirləşdiyimizdən daha gec inkişaf edir.

Alimlər xüsusi "kariyesi idarə etməsi" sistemi hazırlayıblar. Bu sistemin tətbiqi plombların sayını xeyli azalda bilər. Bu sistem Avstraliyada artıq 7 il ərzində sınaqdan keçirilir. Nəticədə plombların sayı 30-50% azalıb.

Yeni sistemə əsasən kariyesin ilkin mərhələlərində xəstə dişlərə ftor vurulur, pasiyentə dişlərə düzgün qulluq qaydaları öyrədilir. Həmçinin həkimlər qidalanmada şəkərin miqdarının azaltmağı tövsiyə edirlər.


Etiketlər:  Diş plombları əbədiliyə qovuşa bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ