Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə zəlzələ olacağını üç gün əvvəldən demişdi - Öz sirrini açdı

Türkiyədə zəlzələ olacağını üç gün əvvəldən demişdi - Öz sirrini açdı

Tarix: 14 Fevral 2023 23:52

Episentri Türkiyənin Kahramanmaraş şəhəri olan və böyük dağıntılara gətirən zəlzələdən üç gün əvvəl bu təbii fəlakətlə bağlı sosial şəbəkə hesabında öz proqnozunu yazan məşhur holland seysmoloq Frank Huqerbits susqunluğunu pozub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, seysmoloq məlum paylaşımında Türkiyə, İordaniya, Suriya və Livanda 7.5 bal gücündə zəlzələ olacağını yazmışdı.

Kahramanmaraş zəlzələsini əvvəlcədən bilən Huqerbits 7.7 bal gücündə zəlzələdən əvvəl "Güclü təkanların davam edəcəyi" xəbərdarlığını da etmişdi.

Bu xəbərdarlıqdan dərhal sonra Kahramanmaraşda daha 7.6 bal gücündə zəlzələ baş vermişdi. Bundan sonra bütün dünyanın diqqəti bir anda seysmoloqa çevrilmişdi.

Bir çox insanın onun bu öncəgörücülüyünü müzakirə etdiyi vaxtda Huqerbitsdən yeni açıqlama gəlib.

"Kahin və ya peyğəmbər deyiləm. Heç vaxt böyük zəlzələlər üçün dəqiq tarix verməmişəm. Mən Yer və planetlər arasındakı əlaqələr üzərində işləyən tədqiqatçıyam, bu məqsədlə xüsusi proqram hazırlamışam", - Huqerbits deyib.

Milli.Az


Etiketlər:  Türkiyədə zəlzələ olacağını üç gün əvvəldən demişdi Öz sirrini açdı


RƏYLƏR