Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mehriban Xanlarovanın bacısı insult keçirdi: ''Az qala ölürdü'' - VİDEO

Mehriban Xanlarovanın bacısı insult keçirdi: ''Az qala ölürdü'' - VİDEO

Tarix: 15 Fevral 2023 09:25

Əməkdar artist Mehriban Xanlarovanın bacısı insult keçirib.  

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki,  sənətçi bu haqda qonaq olduğu "Bizimləsən" ictimai-sosial verilişində məlumat verib.  

Xanlarova göz yaşı içində bildirib ki, bacısı Laləni həkim-nevroloq ölümdən qurtarıb:  
"Bacım Lalə az qala ölürdü (ağlayır). Həkim-nevroloqun sayəsində o, artıq yaxşıdır. Bacım insult keçirib. Hazırda Lalə yataqdadır. Nitqi getmişdi, indi yavaş-yavaş saymağa başlayıb. Qolunu yuxarı qaldırıb özü hərəkət edə bilir. Amma onun sağalacağına heç ümid yox idi. Bir tərəfi sanki, yox idi.

Amma müalicələrdən sonra səhhətində kifayət qədər irəliləyişlər var. Bacım insult keçirəndən iki gün sonra gəldim dedim ki, Lalə necəsən? Mənə baxdı, tanıdı və söylədi ki, "yaxşıyam". Durduğu yerdə təzyiq yüksək oldu və insult keçirdi. Bacımın 63 yaşı var".


Etiketlər:  Mehriban Xanlarovanın bacısı insult keçirdi qala ölürdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ