Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kino Agentliyinin yaradılması ilə bağlı işlər nə yerdədir?

Kino Agentliyinin yaradılması ilə bağlı işlər nə yerdədir?

Tarix: 15 Fevral 2023 10:12

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Kino Agentliyi publik hüquqi şəxsin ən yaxın zamanda fəaliyyətə başlaması üçün Nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Bildirilib ki, quruma rəhbər təyinatı, onun strukturunun təsdiq olunması, maddi-texniki baza ilə təmin edilməsi və s. istiqamətlərdə müvafiq işlər görülür.

Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin(ARKA) əsas məqsədi bu sahəyə investisiyaların, sərmayələrin cəlb olunması, xarici investorları kino sənayemizə cəlb etmək və bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır.

Milli.Az


Etiketlər:  Kino Agentliyinin yaradılması ilə bağlı işlər yerdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ