Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan müxalifətçilərdən yalnız onunla görüşdü - VİDEO

Ərdoğan müxalifətçilərdən yalnız onunla görüşdü - VİDEO

Tarix: 15 Fevral 2023 15:16

Xəbər verdiyimiz kimi, 84 yaşında dünyasını dəyişən Türkiyənin tanınmış siyasətçisi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Deniz Baykal ötən gün Ankarada dəfn edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mərasimə qatılanlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da olub.

Tədbirdə dövlət başçısının Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Gələcək Partiyasının lideri Əhməd Davudoğlu ilə deyil, Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə ilə əl-ələ görüşərək onun yanında dayanması diqqət çəkib.

Xatırladaq ki, Deniz Baykal fevralın 11-i Ankarada evində dünyasını dəyişib. O, 37-ci hökumətdə maliyyə naziri, 42-ci hökumətdə enerji və təbii sərvətlər naziri, 52-ci hökumətdə xarici işlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb.

Milli.Az


Etiketlər:  Ərdoğan müxalifətçilərdən yalnız onunla görüşdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ