Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın futbolçusu: ''Gent''lə oyun bizim üçün çətin olacaq''

''Qarabağ''ın futbolçusu: ''Gent''lə oyun bizim üçün çətin olacaq''

Tarix: 15 Fevral 2023 18:14

"Sabah bizim üçün çətin olacaq. Avrokuboklarda zəif rəqib olmur. Matça hazır olmağa çalışırıq".

Sonxeber.net Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç Bakıda Belçikanın "Gent" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

28 yaşlı yarımmüdafiəçi rəqibi yaxşı analiz etdiklərini bildirib: "Ən yaxşı nəticəni əldə etməyə çalışacağıq".

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.


Etiketlər:  Qarabağın futbolçusu Gentlə oyun bizim üçün çətin olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ