Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbolçu azarkeşlə əlbəyaxa oldu: çempionat oyunu təxirə salındı

Futbolçu azarkeşlə əlbəyaxa oldu: çempionat oyunu təxirə salındı

Tarix: 15 Fevral 2023 20:42

Kolumbiya çempionatının IV turunun "Deportes Tolima" - "Millonarios" oyunundan əvvəl qonaqların futbolçusu Daniel Katanyo ilə ev sahiblərinin azarkeşi arasında dava düşüb.

Sonxeber.net Report-a istinadən xəbər verir ki, bu hadisə matçın təxirə salınmasına səbəb olub. Tribunadan meydançaya düşən fanat oyunçunu arxadan vuraraq qaçıb. Əsəblərinə hakim ola bilməyən Katanyo da onun arxasınca qaçaraq, qarşılıq verib.

"Millonarios" təhlükəsizliyin təmin olunmadığını əsas gətirərək, matça çıxmaqdan imtina edib. "Deportes Tolima" isə həmin azarkeşin artıq saxlanıldığını və layiqli cəzasını alacağını açıqlayıb.

Qeyd edək ki, Daniel Katanyo "Millonarios"a 2022-ci ildə məhz "Deportes Tolima"dan keçib.


Etiketlər:  Futbolçu azarkeşlə əlbəyaxa oldu çempionat oyunu təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ