Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bağırsaq tutulmaları (ileus) haqqında

Bağırsaq tutulmaları (ileus) haqqında

Tarix: 16 Fevral 2023 07:12

Bağırsaqların hərəki funksiyası kəskin surətdə azaldıqda, bağırsaq tutulmaları baş verir. Adətən bu xəstəlik ağır keçir və ölümlə nəticələnə bilir. Kəskin bağırsaq tutulmasının aşagıdakı növləri var:
- mexaniki bağırsaq tutulması
- dinamik bağırsaq tutulması.
Mexaniki bağırsaq tutulması bağırsaqlarda qida qalıqlarının hərəkətinin mexaniki surətdə tutulması ilə əlaqədar olur. Mexaniki bağırsaq tutulması aşağıdakı səbəblərdən baş verə bilir:
1. Bağırsaq hilgəyinin burulması.
2. Bağırsağın bir hissəsinin özü ilə yanaşı olan digər hissənin içərisinə daxil olması.
3. Bağırsağın yırtıq kisəsində və ya periton bitişmələri arasında sıxılması.
4. Bağırsaqda inkişaf edən şiş toxumasının onun boşluğunu daraltması və ya bağırsağın yad cisim vasitəsilə tutulması.
Dinamik bağırsaq tutulması bağırsaqların əzələ qişasının spazmı zamanı və ya iflici əmələ gəlir.
Bağırsaq tutulması orqanizmdə ümumi dəyişikliklər əmələ gətirir. Bu zaman orqanizmdə aşağıdakılar meydana çıxır:
- qan dövranı pozulur
- orqanizmdə suyun miqdarı azalır
- qan qatılaşır
- hiprxloremiya
- azotemiya
- alkaloz.
Dəyişikliklərin baş verməsinə həzm şirələrinin hipersekresiyası, onların geri sorulması, şiddətli qusma və böyrəklərin fəaliyyəti ilə əlaqəli olur. Orqanizmdə ümumi dəyişikliklərin inkişafında toksikemiyanın və qarın nahiyəsində olan ağrıların da rolu vardır. Buradan verilən impulslar mərkəzi sinir sistemində qüvvətli oyanmalara səbəb olur. Bağırsağın zədələnmiş sahəsində venoz hiperemiya, ödem və iltihab əmələ gəlir. Bu proses uzun müddət davam etdikdə isə həmin hissə nekrozlaşır.
Bağırsağın tutulması defekasiya aktının olmaması və qusma ilə müşahidə olunur.  Xəstəliyin diaqnozu anamnezə və rentgenoqrafiyanın nəticələrinə əsaslanaraq qoyulur. Müalicə əvvəlcə konservativ, lazım gəldikdə isə operativ üsulla aparılır.


Etiketlər:  Bağırsaq tutulmaları ileus haqqında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ