Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neymar bir ay yaşıl meydanlara çıxa bilməyəcək

Neymar bir ay yaşıl meydanlara çıxa bilməyəcək

Tarix: 15 Oktyabr 2019 19:40

Bakı. Trend:

Nigeriya ilə yoxlama matçında zədələnən Braziliya millisinin və PSJ-nin futbolçusu Neymarın son durumu müəyyənləşib.

Trend-in məlumatına görə, tibbi müayinədən keçən 27 yaşlı hücumçunun sol ayaq əzələsində zədə aşkarlanıb. Onun təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir.

Bununla da Neymar Çempionlar Liqasında "Brügge" ilə matçları və Fransa Liqasında "Nitsa", "Marsel", "Dijon" və "Brest"lə görüşləri buraxacaq.


Etiketlər:  Neymar bir ay yaşıl meydanlara çıxa bilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ