Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Jirinovskinin oğlu Moskvada polisə hücum edib

Jirinovskinin oğlu Moskvada polisə hücum edib

Tarix: 16 Fevral 2023 15:42

Vladimir Jirinovskinin oğlu Oleq Eydelşteyn Moskvada polisə hücum edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

Bildirilib ki, Eydelşteyn restoranda əlbəyaxa dava edib və buna görə saxlanılıb. Polis izahat alınmaq üçün onu şöbəyə aparıb və Oleq Edelşteyn polis inspektorunun döş qəfəsinə zərbələr endirib.

Məlumatda həmçinin deyilir ki, zərərçəkənə körpücük sümüyünün zədələnməsi diaqnozu qoyulub.

Eydelşteyn barəsində xırda xuliqanlığa görə protokol tərtib edilib.

Milli.Az


Etiketlər:  Jirinovskinin oğlu Moskvada polisə hücum edib


RƏYLƏR