Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 21:18
Çörək mayası dəriyə çox müsbət təsir edir - yumşaldır, cavanlaşdırır, təravətləndirir.
Bu səbəbdən mayanı bir çox kosmetik maskaların tərkibində istifadə edirlər.
Sizə maya maskalarını təqdim edirik:
- 1 xörək qaşığı maya 2 xörək qaşığı ilıq südlə qarışdırıb isti yerə quyun. 30 dəqiqədən sonra qarışığa 1 xörək qaşığı gənəgərçək yağı, 2 kapsul aevit (apteklərdə satılır) əlavə edin və yaxşı qarışdırın. Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
- 1 xörək qaşığı mayanı 2 xörək qaşığı yağlı xama ilə qarışdırıb (xama otaq temperaturunda olmalıdır) isti yerdə 30 dəqiqə saxlayın. Daha sonra maskaya 1 çalınmış yumurta sarısı və 1/2 çay qaşığı bal əlavə edin və yaxşı qarışdırın. Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.