Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ucarda qadının evinə basqın olub

Ucarda qadının evinə basqın olub

Tarix: 17 Fevral 2023 09:30

Ucarda evə basqın olub.

Milli.Az xəbər verir ki, Həsənova Nurayyə Mirzə qızı Ucar RPŞ-nə ərizə ilə müraciət edib.

O, yaşadığı fərdi yaşayış evində tək olduğu vaxt evinə basqın edildiyini, üzərində qara rəngli maska olan iki nəfər şəxsin əl-qolunu yapışqan lentlə bağlayıb evin yataq otağında olan yük döşəklərinin altından 7000 manat nağd pulu götürərək uzaqlaşmalarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kərimov Müşfiq Cavanşir oğlu və Kərimov Cavanşir İbad oğlu şübhəli şəxs qismində tutulublar.

Milli.Az


Etiketlər:  Ucarda qadının evinə basqın olub


RƏYLƏR