Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2023 11:04
Naxçıvan Beynəlxalq Hava Limanında yoxlamalara başlanılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, fevralın 15-dən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən hava limanında maliyyə yoxlaması aparılır.
Bunu APA-ya açıqlamasında qurumun direktor müavini Rafael İbrahimov da təsdiq edib.
O bildirib ki, yoxlamalar mart ayının 18-dək davam edəcək.