Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2023 18:52
Çöpçülərə müraciət ilə bağlı məsələyə münasibət birmənalı deyil. Bununla belə, influenza virusunun geniş yayıldığı bu günlərdə uşaqlarda tez-tez virusa yoluxma halları baş verir. Bunun nəticəsi olaraq uşaqların hərarəti qalxır, onlarda iştahsızlıq yaranır. Bəzi valideynlər isə bunu "çöpqalma" hesab edirlər.
Ancaq həkim isə ciddi şəkildə xəbərdarlıq edir. Bildirilir ki, yanlış müdaxilə boğulma ilə nəticələnə bilər.
Digər tərəfdən, çöpçünün müdaxiləsi də əlavə infeksiyaya səbəb ola bilər.
Həkim-pediatr Lalə Nurməmmədova deyir ki, influenza virusuna yoluxan xəstənin temperaturu 39-40 dərəcəyədək yüksələ və qızdırma 48 saatadək davam edə bilər. Bu vəziyyətdə çıxış yolu uşağa bol maye qəbul etdirmək, əgər keçməzsə, mütəxəssisə müarciət etməkdir.
Sonxeber.net xəbər verir ki, xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: