Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əsədov iclas keçirdi - FOTO

Əli Əsədov iclas keçirdi - FOTO

Tarix: 17 Fevral 2023 20:44

Fevralın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixində "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və 2022-ci il 16 noyabr tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamlarından Nazirlər Kabinetinə həvalə olunan tapşırıqların icrası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəalliyyət planının əsas istiqamətləri və nəticələri, təşkilati-struktur məsələləri geniş müzakirə olunub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının təqdimatı dinlənilib.

İclasın yekununda "Strategiyada və Böyük Qayıdışa dair I Dövlət Proqramında" nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə müvafiq tapşırıqlar verilib.


Etiketlər:  Əli Əsədov iclas keçirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ