Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lənkəranda qadını öldürdü, evdən 5000 manat pul oğurladı

Lənkəranda qadını öldürdü, evdən 5000 manat pul oğurladı

Tarix: 19 Fevral 2023 10:16

Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən kənd sakini 1966-cı il təvəllüdlü Əminağa Quliyev tutularaq istintaqa təhvil verilib.

Milli.Az


Etiketlər:  Lənkəranda qadını öldürdü evdən 5000 manat pul oğurladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ