Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kənddə biabırçılıq: Mağaza sahibi ərzaq almağa gələn qızlarla... - Şok təfərrüat

Kənddə biabırçılıq: Mağaza sahibi ərzaq almağa gələn qızlarla... - Şok təfərrüat

Tarix: 19 Fevral 2023 18:00

İmişli rayonunda 1991-ci il təvəllüdlü Cavid (adlar şərti verilib - red.) iki azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, Cavid 2022-ci ilin mart-aprel aylarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində, yol kənarında yerləşən marketdə cinsi ehtirasını təmin etmək məqsədilə müxtəlif vaxtlarda mobil telefonla porno sayta daxil olub.

Marketə ərzaq almağa gələn 2013-cü il təvəllüdlü Südabə və 2011-ci il təvəllüdlü Aytənə saytda yerləşdirilmiş pornoqrafik məzmunlu, yəni seksual xarakterli filmləri izlətdirib.

Habelə 12 may 2022-ci ildə zərərçəkmiş qızlara qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Cavidin barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxsləri mütəmadi olaraq onun işlətdiyi mağazaya alış-veriş üçün gəlib-gedəndən tanıyıb: "Təxminən 2022-ci ilin aprel ayında dükanda oturanda porno video izləyərkən beş uşaq, o cümlədən Südabə və Aytən dükana daxil oldular. Həmin vaxt telefonum qarşımdakı stolun üzərində idi. Dərhal videodan çıxmağa çalışsam da, hiss etdim ki, onlar videonu görüblər. Uşaqlar heç bir söz demədən ev üçün lazım olan ərzaqlar istədilər. Mən də onların istədiyi ərzaqları verdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, Südabə nağd pul verməyib və borcu atasının adına yazmağı bildirib: "Uşaqlar dükandan çıxaraq getdilər. Bundan təxminən bir neçə gün sonra, günorta saatlarında Südabənin anası Bahar və Aytənin anası Lətifə dükana gəldilər, uşaqların məndən narazı olduqlarını dedilər. Mən səbəbini soruşdum, uşaqlara əxlaqsız video göstərdiyimi bildirdilər. Mən isə bu hadisənin tamamilə ehtiyatsızlıqdan baş verdiyini izah etdim və uşaqların valideynlərindən üzr də istədim. Qadınlar dükanda səs-küy saldıqda izahım yarımçıq qaldı".

Cavid bildirib ki, bundan təxminən bir saat keçdikdən sonra Aytənin atası Vüqar dükana gəlib: "Mən hadisə necə olubsa, ona danışdım. Vüqar da belə şeyin təsadüfi olduğunu başa düşdü, bir qutu siqaret alaraq getdi. Daha sonra Südabənin nənəsi Validə mənə zəng edərək belə işlərin ayıb olduğunu bildirdi. Mən də hadisənin tamamilə təsadüfi olduğunu, belə vəziyyəti heç özümün də arzulamadığımı dedim.

Validə mənə vəziyyəti oğlu İslama izah etməyimi məsləhət gördü. Mən də İslamla görüşüb söhbət etmək üçün İmişli rayon bazarına getdim. Orada İslama dükanda porno video izləyərkən uşaqların dükana gəldiyini, ehtiyatsızlıqdan onların gördüyünü bildirdim. Ondan üzr istədim. İslam da açıqlamamı səmimi qəbul etdi, heç bir problemin olmadığını bildirdi".

Cinayət işi üzrə zərərçəkmiş Südabənin sözlərinə görə, Cavidi kəndinin kənarında yerləşən mağazadan tanıyıb: "Hadisədən əvvəl dükana evdə mənə tapşırılan ərzaqları almaq üçün getmişəm. Dükana girəndə Cavidin telefona baxdığını gördüm. Ona alacağım ərzaqların adlarını dedim. Cvavid isə bunun əvəzində mənə telefonda baxdığı əxlaqsız bir videonu göstərdi, videoya axıracan baxmağımı istədi.

Mən baxmaq istəmədiyimi desəm də, o məni videoya axıracan baxmağa məcbur etdi. Yenə də etiraz etdim. Bundan sonra Cavid göstərdiyi video barədə gedərək kiməsə deyəcəyim halda atamı və anamı öldürəcəyini bildirdi. Bundan qorxaraq dükandan çıxıb evə qayıtdım. Anam nə üçün heç bir şey almadığımı soruşdu. Yalandan Cavidin yasda olduğunu və dükanın işləmədiyini dedim".

Zərərçəkmiş qeyd edib ki, bu hadisədən sonra bir daha oraya getməyiob: "Sonuncu dəfə, yəni mayın 12-də bizə qonaq gəldi. Həmyaşıdlarımla birgə özümüzə su almaq üçün həmin dükana getdik.

Cavidə istədiyimiz ərzaqları dedikdən sonra o, əyləşdiyi yerdən qalxaraq bizim yanımızdan keçərkən sarğı nahiyəmə əli ilə toxundu. Dükandan çıxaraq evə qayıtdım. Yenə də qorxduğum üçün bu barədə nə valideynlərimə, nə də başqa heç kimə bir söz demədim. Yalnız qohumum və mənimlə həmyaşıdım olan xalam qızı Səbinəyə bu barədə danışdım. Səbinə də bunu anasına dedi. Səbinənin anası belə bir hadisənin olduğunu eşidərək mənim anama bildirdi. Bundan sonra atam da xəbər tutdu".

Bu cinayət işinə İmişli rayon Məhkəməsində baxılıb.

Cavid 8 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az


Etiketlər:  Kənddə biabırçılıq Mağaza sahibi ərzaq almağa gələn qızlarla Şok təfərrüat


RƏYLƏR