Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çavuşoğlu Blinkenlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

Çavuşoğlu Blinkenlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

Tarix: 20 Fevral 2023 11:54

"Cənubi Qafqazdakı vəziyyət barədə də danışdıq".

Milli.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həm ABŞ, həm də Türkiyə Azərbaycan və Ermənistanla təmasdadır: "Məqsədimiz regionda sülhün təmin olunmasıdır".

Eyni zamanda, Mövlud Çavuşoğlu fevralın 20-də Ankarada ABŞ-ın dövlət katibi Antoni Blinkenlə birlikdə keçirdiyi mətbuat konfransında ABŞ-ın F-16 qırıcıları ilə bağlı Türkiyənin tələblərinə dəstək verdiyini deyib.

O bildirib ki, məsələ artıq Konqresdə müzakirə olunmalıdır: "Konqres prosesə mane olmamalı, əksinə, dəstəkləməlidir. Biz məsələnin ən qısa zamanda həllinin tərəfdarıyıq. Bu ikitərəfli əlaqələrimizin əsas istiqamətlərindəndir".

M.Çavuşoğlu bildirib ki, görüşdə terrorla mübarizə məsələsi də müzakirə olunub.

Milli.Az


Etiketlər:  Çavuşoğlu Blinkenlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ