Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2023 14:04
Ukraynadakı vaqnerçilər Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov və general- polkovnik Aleksandr Lapinin fotolarını atəşə tutublar.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu haqda Ukrayna daxili işlər nazirinin keçmiş müavini Anton Geraşenko özünün "Pravda Gerashchenko" Teleqram kanalında görüntü paylaşıb.
Vaqnerçilər generalları "güllələyəndən" sonra hədəfə yaxınlaşaraq, onları təhqir ediblər və silah-sursat göndərilməməsinə əsəbiləşdiklərini nümayiş etdiriblər.
Məlumatda bunun "Vaqner"in başçısı Yevgeni Priqojinlə sözügedən generallar arasındakı münaqişə fonunda baş verdiyi qeyd olunub.