Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''50-dən artıq yaşım var, gecdir, çox peşmanam'' - VİDEO

''50-dən artıq yaşım var, gecdir, çox peşmanam'' - VİDEO

Tarix: 21 Fevral 2023 02:45

"Saxta insanlar efirdə oturub dahi bir müğənni, aktyor haqqında danışanda mən orada otura bilmirəm. Saxtalığı sevmirəm, mahnıda da, aktyorluq oyununda da səmimi olacaqsan".

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Teymur Əmrah qonaq olduğu "Söhbət musiqidən gedir" verilişində deyib.

Efirlərə az çıxmasının səbəblərindən söz açan sənətçi bu sənətə gəlməsindən peşmançılıq çəkdiyini bildirib:

"Efirə biz gəlmək istəyirik, niyə istəmirik ki? Biz o dövrdə uşaq olanda efirə gələndə istəyirdik ki, populyar olaq, bizi barmaqla göstərsinlər ki, bu Teymur Əmrahdır. Amma indi elə bir vəziyyətdir ki... Bu yaşdan sonra ayrı sənətə necə gedim? Başqa sənətə yiyələnə bilmərəm, 50-dən artıq yaşım var, gecdir. Amma peşmanam... Çox peşmanam. Bilsəydim, hakim, həkim olardım, amma heyif...".


Etiketlər:  dən artıq yaşım gecdir çox peşmanam VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ