Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2023 05:24
Meksikada pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən aktyor Riçard Qir tədricən sağalır. O, bir gecə xəstəxanada yatıb, səhəri gün evə buraxılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, aktyorun bütün ailəsi Meksikada bir neçə həftəlik tətil zamanı xəstə olub.
"Bütün ailə üzvlərimiz üçün təxminən üç həftəlik xəstəlikdən sonra bu gün nəhayət özümüzü daha yaxşı hiss edirik!", - Qirin həyat yoldaşı Alehandra Silva sosial şəbəkədə yazıb.
Qeyd edək ki, şiddətli öskürəkdən əziyət çəkən aktyora pnevmoniya diaqnozu qoyulub və ona antibiotiklər yazılıb.