Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ramiz müəllim deyirdi ki, filmlərdə alınmayan kadrları verirlər, guya ki, o birilər alınıb” - VİDEO

Tarix: 21 Fevral 2023 17:45

"Demək olar ki, hamı ilə əlaqəni kəsmişdi. Neçə dəfə zəng vurmuşdum, zəng çatmamışdı. Amma sonra mesaj gəlirdi ki, şəbəkəyə qayıdıb, amma heç vaxt geri dönüş etmirdi". 

Milli.Az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında mərhum Xalq artisti Ramiz Novruzla vida mərasimində aktrisa Dilarə Əliyeva deyib.

O qeyd edib ki, Ramiz Novruz yumor hissi olan insanları da çox sevirdi:

"Çox təəssüf edirəm ki, Ramiz müəllim kimi böyük sənətkarımızı itirdik. Sözləri deyirəm, amma qulaqlarım dediklərimə inanmır. Ramiz müəllim həmişə mənim yadımda zarafat edən, gülən üzü ilə qalacaq. Bayaq gələndə də yolda yadıma düşdü ki, hər dəfə görəndə nəsə zarafat etməyə çalışırdı. Yumor hissi olan insanları da çox sevirdi. Belə bir söz deyirdi ki, ay Dilarə, fikir vermisənmi, seriallarda, filmlərdə axırda alınmayan kadrları verirlər, guya ki, o birilər alınıb. Bir də deyirdi ki, bir gün qarğa ağzında pendir ağacda oturur. Görür ki, tülkü yaxınlaşır, deyir ki, indi gəlib deyəcək, sənin gözəl sözün var, mənə komplimentlər edəcək, mən də axırda onun komplimentlərinə inanacam, "qarr" edəcəm, ağzımdan pendir düşəcək, tülkü pendiri götürüb gedəcək. Tülkü yaxınlaşıb qarğanın ağzına vurur, pendiri götürüb gedir, deyir, qısaldıblar?" 

"Yəni belə zarafatları, sözləri var idi. Deməyi gülməyi sevirdi. Ona görə də, xəstəliyini, son zamanlar çox zəifləməsini də insanlardan gizlədirdi. Qəbri nurla dolsun. Çox heyif ki, belə sənətkarlar nadir hallarda teatra, ekrana gəlirlər, başımız sağ olsun", - deyə aktrisa əlavə edib.

Milli.Az


Etiketlər:  Ramiz müəllim deyirdi ki filmlərdə alınmayan kadrları verirlər guya ki o birilər alınıb VİDEO


RƏYLƏR