Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2023 21:54
Sürücülər avtomobillərdə tibbi yardım çantalarının xeyrindən çox ziyanı olduğu qənaətindədirlər. Amma deyirlər ki, həmin çantalar olmada avtomobillərini texniki baxışdan keçirmək mümkün olmur.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qərara əsasən, bu çantaya 20-dən çox adda tibbi ləvazimat və dərman preparatı daxildir.
Ancaq sürücülər bu çantanın heç bir işə yaramadığını, dərmanların qısa müddətdə yararsız hala düşdüyünü deyirlər.
Həkimlər də tibb çantasının içərisində olan dərman preparatlarının saxlanma şəraitinə görə insana faydasından çox, zərərinin ola biləcəyini deyirlər.
Bu çantalarda məhlul halında olan dərmanlar da var ki, onların hər biri xüsusi qaydada saxlanmalıdır. Bu qaydalara əməl olunmadıqda isə həmin dərmanlar öz təsirini itirir.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, müasir beynəlxalq təcrübədə və inkişaf etmiş ölkələrdə avtomobildə ilk tibbi yardım qutusunun olmasına dair tələb yoxdur.
Bu da avtomobildə dərmanların tərkibi pozulmadan saxlanması üçün müvafiq şəraitin olmaması ilə bağlıdır.
Ekspert güman edir ki, növbəti illlərdə Azərbaycanda da müvafiq qanunvericilikdə dəyişiklik ediləcək və avtomobildə tibbi çantaların olmasına dair tələb ləğv olunacaq.