Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

23 nəfəri çubuqla döydülər: Evdən qaçma, cinsi əlaqə...

23 nəfəri çubuqla döydülər: Evdən qaçma, cinsi əlaqə...

Tarix: 23 Fevral 2023 18:16

Əfqanıstanın Sari-Pul vilayətində 23 nəfər çubuqla döyülüb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onlardan 9-u qadındır. 

Həmin şəxslər şəhərdəki stadionda kütlə qarşısında cəzalandırılıb. Onlar nikahadək cinsi əlaqədə, xəyanətdə, evdən qaçmaqda, habelə, qumar oynamaqda günahlandırılıb. 

Cəzalandırılanlara 30-dan 39-a qədər çubuq zərbəsi vurulub.

Qeyd edək ki, bir qədər əvvəl Taliban 16 nəfəri də oğurluğa görə bu cür cəzaya məruz qoyub. 

Milli.Az


Etiketlər:  23 nəfəri çubuqla döydülər Evdən qaçma cinsi əlaqə


RƏYLƏR