Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Anderlext'' ''Qarabağ''ın futbolçusunu TRANSFER ETMƏK İSTƏYİR

''Anderlext'' ''Qarabağ''ın futbolçusunu TRANSFER ETMƏK İSTƏYİR

Tarix: 23 Fevral 2023 23:02

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Belçika yüksək liqa təmsilçisi "Anderlext"ə keçə bilər.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb. Bildirilib ki, "Anderlext" yayda bir neçə mövqeyə lazımı transferlər etməyi planlaşdırır. Klubun maraqlandığı futbolçular sırasında millimizin üzvü də var. "Anderlext"in idman direktoru Jesper Fredberq 22 yaşlı müdafiəçininin daha yaxından izlənilməsi üçün "Qarabağ"ın Konfrans Liqasında "Gent"ə qarşı bu gün keçiriləcək cavab matçına skaut göndərməyi planlaşdırır. Brüssel təmsilçisinin Elvini daha yaxından görməsi üçün bu qarşılaşmanın ideal fürsət olduğunu vurğulanıb.

Qeyd edək ki, E.Cəfərquliyev bu mövsüm meydana çıxdığı 32 oyunda 2 qol vurub, 6 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Anderlext Qarabağın futbolçusunu TRANSFER ETMƏK İSTƏYİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ