Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməniləri ''sənəd'' silkələdi: İrəvan sülhə necə gələcək?

Erməniləri ''sənəd'' silkələdi: İrəvan sülhə necə gələcək?

Tarix: 24 Fevral 2023 11:52

Serj Sarkisyanın lideri olduği Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan sosial şəbəkələrdə "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi layihəsi"ni elan etməsi bu ölkədə ciddi rezonans doğurub. Artıq indidən erməni sosial şəbəkələrində əksəriyyət bunu Ermənistanın, daha doğrusu baş nazir Nikol Paşinyanın fiaskosu, növbəti satqınlığı kimi qələmə verməyə başlayıb. Qeyd edək ki, ehtimallara görə, Avropa İttifaqının vasitəçiliyi ilə hazırlanıb.

Sənədi "qalmaqallı" adlandıran Aşotyan Paşinyanı "xalqın arxasında Qarabağı satmaqda" ittiham edib. Onun sözlərinə görə, sənəd ötən həftə Münhendə ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə müzakirə də olunub. Iddia olunur ki, sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, eyni zamanda Qarabağ ermənilərinin hüququları Azərbaycan konstitusiyası və onun üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə qorunur.

Maraqlıdır ki, nə Aşotyan ictimaiyyətə təqdim olunan sənədin mənbəyini açıqlayır, nə də hakimiyyət dərc olunan materialı şərh etməyib. Sənədin həqiqiliyi hələlik təsdiqlənməsə də, demək olar ki, orada əksini tapmış müddəalar Ermənistanla sülhün əldə olunması şərtləri ilə bağlı Azərbaycanın mövqeyinə əsasən uyğun gəlir. Belə ki, rəsmi Bakı sülh sazişi sənədinin mətninə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin Azərbaycan qanunvericiliyi çərçivəsində təmin oluna biləcəyini göstərən "Qarabağın statusu" ilə bağlı hər hansı müddəanın daxil edilməsini qəbul etmir. Eyni zamanda, rəsmi Bakı Qarabağ ermənilərinin hüquq və azadlıqlarının təmin edilməsi üçün onların nümayəndələri ilə birbaşa danışıqlar aparmağa hazır olduğunu bildirir. Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi ərazi xarakterli deyil və orada yaşayan ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlıdır. Bundan əvvəl Ermənistan 1991-ci il Almatı Bəyannaməsinə istinadən Praqada qəbul etdiyi birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bununla da keçmiş Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf edib.

Bu baxımdan Aşotyanın təqdim etdiyi mətndə qeyri-adi və ya qalmaqallı heç nə yoxdur. Təfərrüatlara gəlincə, vurğulamaq yerinə düşər ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunmasının hüquqi əsası Azərbaycan Konstitusiyasıdır, təbii ki, Aşotyanın təqdim etdiyi mətn Sarkisyan və Köçəryanın kabinetində uydurulmayıbsa.

Azər Nuriyev


Etiketlər:  Erməniləri sənəd silkələdi İrəvan sülhə necə gələcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ