Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2023 17:34
"Rusiyada gizli səfərbərlik davam edir. Xüsusilə Qafqaz regionunda hərbi xidmətə çağırış yaşında olan kişilər məcburi şəkildə döyüş əməliyyatlarına cəlb olunurlar".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından bildirilib.
Qeyd olunub ki, sağlamlığından asılı olmayaraq bütün kişilər səfərbərliyə cəlb olunurlar: "Onların xeyli hissəsi məhbuslardır. Məhbuslar Ukrayna ərazisindəki döyüş əməliyyatlarında könüllü iştirak etmək şərti ilə həbsdən azad edilirlər".
Məlumata görə, Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərinin bəzi hissələrində internet kəsilib: "Buna səbəb Rusiya qüvvələrinin fəaliyyətləri barədə məlumatın yayılmasının qarşısının alınmasıdır".
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu gün savaşın ildönümüdür.