Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ukraynanı məğlub etmək olmaz!" - VİDEO

Tarix: 25 Fevral 2023 07:36

Ukraynanın Əməkdar artisti Svetlana Loboda Rusiyanın ölkəsinə qarşı başlatdığı müharibənin ildönümündə yeni mahnısını təqdim edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Ukrayna dilində" ("По-Українськи") adlı mahnısında xalqının qəhrəmanlığından bəhs edib.

"Bir neçə gün" haqqında dediklərin nə oldu? Müharibə ili. Ukrayna xalqının dözümlülük ili. Ukraynada hər bir insanın cəsarətinə, mətanətinə, qələbəyə susamasına heyranam.

Bu il ərzində özümü bir ukraynalı və köklərim kimi dərindən tanıdığımı hiss etdim. Klipimin qəhrəmanı güclü, cəsarətli və hətta inadkardır. O, mütləq məqsədinə çatacaq - onu məğlub etmək olmaz! Ukraynanı məğlub etmək olmaz!" deyə, Loboda sosial media hesabında yazıb.

Milli.Az


Etiketlər:  Ukraynanı məğlub etmək olmaz VİDEO


RƏYLƏR