Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2023 07:46
Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteynin cəzası artırılıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, "Variety"nin məlumatına görə, Los-Anceles məhkəməsi prodüseri daha 16 il müddətinə həbs cəzasına məhkum edib.
Qeyd edək ki, hazırda 70 yaşı olan Harvinin ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb. Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir.
Onlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisalar da var. O, 2020-ci ildən həbsdədir. Bundan əvvəl ona 23 il həbs cəzası verilmişdi.