Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2023 22:02
"Neftçi"nin qapıçısı İvan Brkiç klub televiziyasına açıqlama verib.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı qolkiper Misli Premyer Liqasının 24-cü turunda "Qarabağ"a qarşı səfərdə keçirəcəkləri matç barədə danışıb.
"Əvvəlki oyunlara necə hazırlaşırdıqsa, bu görüşə də o cür hazırlaşmaq lazımdır. Öz gücümüzü bilirik. "Neftçi"yə gələndən bəri ilk dəfədir uğurlu seriya əldə etmişəm. Dörd oyundur ki, eyni heyətlə çıxış edirik. Bu, komandaya müsbət təsir göstərir, meydanda bir-birimizi daha yaxşı başa düşürük. Ardıcıl dörd görüşdə qol buraxmamağım təkcə mənim yox, müdafiə xəttinin və bütün oyunçuların uğurudur. Ümid edirəm ki, bu seriyanı qoruyub saxlaya biləcəyik. Düşünürəm ki, səfərdə yaxşı oyun nümayiş etdirib, "Qarabağ"a qalib gələ bilərik".
Qeyd edək ki, fevralın 27-də "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.