Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2019 16:52
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaratmağı nəzərdə tutur.
Trend-in məlumatına görə, AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən akademiyanın vitse-prezidenti, akademik Rasim Əliquliyev qeyd edib ki, artıq sistemin yaradılmasına başlanılıb. AMEA-nın elmi müəssisələrində çalışan bütün işçilər bu sistemdə qeydiyyatdan keçəcəklər.
Sistem yaradıldıqdan sonra fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq.
Bunu dövlət üçün vacib strateji məlumat bazası sayan R.Əliquliyev qeyd edib ki, bu sistemdən Ali Attestasiya Komissiyası, AMEA və digər aidiyyatı qurumlar faydalana biləcək.
R.Əliquliyev əlavə edib ki, sistem elmi kadrlar haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında informasiya bazasının formalaşdırılmasına və ona əlçatanlığın təmin edilməsinə, elmi fəaliyyətin qiymətləndirilməsinə, təşkilatların elmi fəaliyyətinin monitorinqinin aparılmasına imkan verəcək.
İclasda sistemin yaradılması qərarına gəlinib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin