Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda etirazlarda həbs edilən ispaniyalı azad olundu

İranda etirazlarda həbs edilən ispaniyalı azad olundu

Tarix: 26 Fevral 2023 18:08

İranda etiraz aksiyaları zamanı həbs edilən 24 yaşlı İspaniya vətəndaşı Ana Baneira sərbəst buraxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İspaniyanın xarici işlər naziri Jose Manuel Albares məlumat verib.

Nazir bildirib ki, Ana Baneira dünən sərbəst buraxılıb, lakin onun təyyarəsi İrandan havaya qalxmazdan əvvəl bunu ictimaiyyətə açıqlamaq istəməyiblər.

Qeyd edək ki, digər İspan vətəndaşı Santiago Sánchez Cogedor hələ də İranda həbsdədir. O, Məhsa Əmininin məzarını ziyarət etdikdən sonra həbs edilib. İspaniya XİN rəhbəri bildirib ki, onun da azad olunması üçün səylər davam edir.

Milli.Az


Etiketlər:  İranda etirazlarda həbs edilən ispaniyalı azad olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ