Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveç təhlükəsizlik xidməti PKK-nın ölkədə maliyyə topladığını təsdiqlədi

İsveç təhlükəsizlik xidməti PKK-nın ölkədə maliyyə topladığını təsdiqlədi

Tarix: 26 Fevral 2023 19:40

İsveçin Təhlükəsizlik Polisi (SÄPO) PKK-nın digər ölkəyə qarşı təxribat üçün İsveçdə maliyyə topladığını təsdiqləyib.

Mİlli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə SÄPO-nun terrorla mübarizə üzrə rəhbərinin müavini Susanna Trehörning deyib.

"Biz görürük ki, onlar başqa ölkədə və ya İsveçdə terror fəaliyyətlərini dəstəkləmək üçün çağırış, cəlb etmə və terrorun maliyyələşdirilməsi ola biləcək dəstəkləyici fəaliyyətlər həyata keçirirlər".

O, hansı şəxslərin və qrupların bununla məşğul olduğunu daha ətraflı cavablandırmasa da, "Potensial olaraq mühakimə etdiyimiz şəxslərin bu cür hərəkətləri etmək niyyəti var. Biz təhlükədən başlayırıq, onları cəmiyyətdə və ya başqa strukturda tapmaqdan yox", deyə bildirib.

Susanna Trehörninq PKK-nın İsveçdə əhəmiyyətli dərəcədə terror maliyyələşdirməsi ilə məşğul olduğunu təsdiqləyib: "Dəqiq məbləğlər deməyəcəyəm lakin bu, kifayət qədər böyük məbləğdir".

O, jurnalistin SÄPO-nun buna qarşı hansı tədbirləri görməsi ilə bağlı sualına "Biz davamlı olaraq məlumat toplamaq və müvafiq hallarda bu cinayətləri faktiki törədən aktorları müəyyən etmək və cinayət təhqiqatının başladılması və ya hər hansı digər formada prosesin qarşısının alınması ilə məşğul oluruq" deyə cavab verib.


Etiketlər:  İsveç təhlükəsizlik xidməti nın ölkədə maliyyə topladığını təsdiqlədi


RƏYLƏR